main-post-cover

    OnePlus 6 AnTuTu-da möhtəşəm rekordla ortaya çıxdı

    09.03.2018
    Nijat Hamid
    Çinli firmaların yavaş-yavaş telefon bazarındakı liderliyi ələ keçirdiyini nəzərə alsaq, "OnePlus" şirkətinə də ayrıca toxunmalı olacağıq.
        Belə ki, "OnePlus" şirkətinin son flaqman modeli olan OnePlus 6 AnTuTu benchmark testlərində möhtəşəm rekord nəticələr topladı. Bundan başqa, smartfon haqqında da bir sıra əlavə məlumatlar əldə etdik. 

    OnePlus 6 AnTuTu benchmark testlərində 276.510 xal toplayaraq ən zirvəyə oturdu.
     Qeyd edək ki, smartfonun yığdığı bu xal benchmark testlərindəki ən yüksək nəticədir. Hətta "Xiaomi" şirkətinin Snapdragon 845 istifadə etdiyi deyilən amma hələ təqdim edilməyən Blackshark modelindən daha çoxdur.
        Bundan əlavə deyə bilərik ki, OnePlus A6000 kod adı ilə satışa çıxarılacaq modelin dizaynında da fərqliliklər özünü göstərəcək. iPhone X ilə birliktə "Çıxıntılı Ekran" tipli smartfon modellərinin sırasına qoşulacaq OnePlus 6 ikili arxa kamera və arxada barmaq izi skanı dəstəyi ilə gələcək. Prototip olaraq adlanan dizaynda digər önəmli məqam telefonun arxa hissəsinin parlaq şəkildə cilalanmasıdır. Hər zaman öz mat rəngi ilə seçilən şirkət bu dəfə fərqlilik etmək istəyib.
    Sizcə 1500-2000 AZN arası pul verib Samsung, Sony və ya HTC almaq daha yaxşıdır? Yoxsa onlardan daha güclü nəticələr göstərən OnePlus-mı?
    Linki kopyala