main-post-cover

    OnePlus 6 gözləniləndən daha tez zamanda təqdim olunacaq

    Elm & Texnologiya
    22.12.2017
    Farid Pardashunas
    OnePlus 5T modelinin keçən ay təqdim olunması və satışa çıxması heç də sürpriz olmadı.
    Belə ki, keçən il “OnePlus” şirkəti eyni üsulu etmişdi. Lakin görünür, şirkətin yeni flaqman modeli olacaq OnePlus 6 gözlədiyimizdən daha tez təqdim olunacaq. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumata əsasən OnePlus 6-nın gələn ilin Mart ayında satışa çıxması planlaşdırılır. Bununla belə smartfonun anonsu Mart ayının ortasında, satışı isə ayın sonunda reallaşdırılacaq. Bundan əlavə olaraq bildirilib ki, OnePlus 6 Snapdragon 845 prosessoruna sahib olacaq.
    Bu heç də təəccüblü deyil. Belə ki, “OnePlus” şirkətinin bütün flaqman modelləri Snapdragon seriyasının ən son çipləri ilə çalışır. Həmçinin Gizmochina bildirib ki, yeni smartfonda barmaq izi skanı birbaşa ekrana inteqrasiya olunacaq. Bu halda barmaq izi skanı istehsalçısının kim olacağı bilinmir. Bir neçə müddət bundan öncə biz bildirmişdik ki, “Synaptics” şirkəti birbaşa ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını hazırlayır və bu tenologiyaya sahib olacaq ilk smartfon “Vivo” şirkətindən olacaq.
    Onu da qeyd etmək lazımdır ki, bu cür texnologiya üzərində həmçinin ‘Qualcomm” şirkəti də çalışır. “OnePlus” ilə “Qualcomm” arasındakı dostluiğu nəzərə alsaq çox böyük ehtimal ilə məhz “Qualcomm”un texnologiyası yeni OnePlus 6-da reallaşdırılacaq. Hələ ki, bu məlumatların 100% dəqiq olduğunu hesab etmək lazım deyil. Lakin nəzərə almaq lazımdır ki, daha əvvəllər Gizmochina saytı OnePlus smartfonları haqqında düzgün məlumatlar verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər