main-post-cover

    OnePlus 6-nın qiyməti və təqdimat tarixi barəsində yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    02.04.2018
    Farid Pardashunas
        Gizmochina saytı öz mənbələrinə istinadən yeni OnePlus modeli üçün qoruyucu keysin fotosunu paylaşıb. Bundan əlavə olaraq o, smartfonun qiyməti və təqdimetmə tarixi barəsində məlumat da paylaşıb. Təqdim olunmuş qoruyucu keysin arxasındakı kameralar üçün olan xüsusi yer smartfonun daha əvvəlki sızdırılmış fotolarından kameraların və barmaq izi skanının yerləşmə vəziyyətini təsdiq edir. Gizmochina-nın verdiyi məlumata əsasən 64 GB daxili yaddaşa sahib olacaq variant 523$-a, 128 GB daxili yaddaşa sahib olacaq versiya 602$-a, 256 GB daxili yaddaşa sahib olacaq versiya isə 697$-a satılacaq. Bundan əlavə olaraq bildirilib ki, smartfonun təqdimatı bir neçə həftədən sonra baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər