main-post-cover

    OnePlus 6-nın rəsmi təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    26.04.2018
    Farid Pardashunas
    Son vaxtlarda OnePlus şirkətinin yeni flaqman modeli olacaq OnePlus 6-nın təqdimat tarixi barəsində çoxlu məlumatlar yayılıb. Həmin məlumatlardan bəzilərinə əsasən smartfon 18 və ya 21 May tarixlərində anons olunacaqdı. Lakin şirkət rəsmi olaraq smartfonun təqdimat tarixini müəyyən edib və həmin tarix yayılmış məlumatlardakı tarixlər ilə üst-üstə düşmür. Beləliklə OnePlus 6 modelinin rəsmi təqdimatı 16 May tarixində baş tutacaq.

    Bu barədə Androidpure saytı xəbər verib. Sabahdan isə istifadəçilər həmin təqdimatı izləmək üçün biletləri ala biləcəklər. Yeni smartfon “The Speed You Need” şüarı altında təqdim olunacaq. Artıq məlumdur ki, OnePlus 6 ön panelin yuxarı hissəsində çıxıntıya, şüşə materialdan hazırlanmış arxa panelə və ikili arxa kameraya sahib olacaq. Həmçinin smartfonun Snapdragon 845 prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacağı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər