main-post-cover

    OnePlus 6-nın texniki özəllikləri haqqında yeni məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    23.03.2018
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə internetdə OnePlus 6-nın 256 GB daxili yaddaşlı versiyasının qiyməti sızdırılmışdı. Həmin məlumata əsasən bu yaddaş göstəricisinə sahib olacaq versiya 749$-a satılacaq. Bugün isə OnePlus 5T-ni əvəzləyəcək yeni modelin texniki göstəriciləri barəsində yeni məlumatlar ortaya çıxıb.

        Təqdim olunmuş məlumata əsasən OnePlus 6 2280x1080 piksel keyfiyyətli 6.28 inç AMOLED ekran, 2.7 GHz tezlikli Snapdragon 845 prosessoru 6 GB RAM, 128 GB daxili yaddaş, f/1.7 diafraqmalı (hər iki kamerada) 16 MP + 20 MP ikili arxa kamera, f/1.7 diafraqmalı 20 MP-lik ön kamera və 3450 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, təqdim olunmuş məlumat yalnız 6 GB RAM + 128 GB daxili yaddaş versiyalı modelə aiddir. Sonuncu dəfə biz bu cür RAM və daxili yaddaş göstəricisini OnePlus 3T modelində görmüşdük. Smartfon Android 8.1 əməliyyat sistemi vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər