main-post-cover

    OnePlus 6T'nin ilk fotosu sızdırıldı

    Elm & Texnologiya
    07.09.2018
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə OnePlus 6T flaqman modelinin qutusunun fotosu yayılmışdı. Bugün isə smartfonun özünün fotosu təqdim olunub. Beləliklə yayılmış ilk foto hələ təqdimatı keçirilməmiş smartfonun necə görünəcəyi barəsində tam məlumat verir. Qırmızı rəngli korpusa sahib OnePlus 6T modelinin fotosu Weibo sosial şəbəkəsinin istifadəçilərindən biri tərəfindən paylaşılıb.
        Nazik çərçivələrə sahib olan çərçivəsiz smartfon yuxarı hissədə V şəkilli ekran çıxıntısına sahibdir. Həmin çıxıntı hissənin daxilində isə smartfonun ön kamerası yerləşir. Əvvəlcədən güman olunduğu kimi smartfonun arxa panelində 3 ədəd kamera yerləşəcək. İşıqlandırma sistemi arxa paneldə görünmür. Lakin təqdim olunmuş fotodakı smartfonun sağ hissəsi gizlədilib. Çox güman ki, işıqlandırma sistemi məhz həmin hissədə yerləşəcək. Arxa paneldə həmçinin barmaq izi skanı texnologiyası da görünmür.

        Bir neçə müddət bundan öncə yayılmış məlumatlarda qeyd olunmuşdu ki, OnePlus 6T modeli ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasına sahib olacaq. Yayılmış ilk foto da bu məlumatı təsdiqləyir. Smartfonun texniki göstəriciləri barəsində dəqiq bir məlumat yoxdur. Güman olunur ki, OnePlus 6T mdoeli 8 nüvəli Snapdragon 845 prosessoru, 6/8 GB RAM və 256 GB-a kimi daxili yaddaş ilə təchiz olunacaq. Bir sıra insayderlərin məlumatlarına əsasən OnePlus 6T-nin təqdimatı 20 və ya 21 Noyabr tarixində keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər