main-post-cover

    OnePlus 6T'nin təqdimat tarixi rəsmi olaraq açıqlandı (VİDEO)

    Elm & Texnologiya
    08.10.2018
    Farid Pardashunas
        OnePlus şirkəti özünün yeni flaqman smartfon modeli OnePlus 6T-nin təqdimat tarixini əks etdirən tizer videosunu təqdim edib. Beləliklə yeni smartfonun təqdimatı 30 Oktyabr tarixində Nyu Yorkda baş tutacaq. Əvvəlki təqdimatlarda olduğiu kimi bu ayın sonunda keçiriləcək təqdimata da istənilən şəxs qoşula biləcək. Təqdimat biletinin qiyməti 25$ təşkil edir. Son sızdırılmış məlumatlara inansaq OnePlus 6T modeli 19:9 nisbətli Full HD+ keyfiyyətli 6.4 inç AMOLED ekrana sahib olacaq. Ekranın üzərində isə V şəkilli çıxıntı hissə olacaq.

        Əvvəlki modellər kimi yeni smartfon da flaqman özəlliklər ilə təchiz olunacaq. Belə ki, smartfonun Snapdragon 845 prosessoru və 6/8 GB RAM ilə təchiz olunacağı gözlənilir. Smartfonun əsas özəlliyi isə onun ekranına inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası olacaq. Bununla yanaşı əvvəlki modellərdən fərqli olaraq OnePlus 6T-nin batareya həcmi böyüyərək 3700 mAh təşkil edəcək. Mənfi cəhətlər sırasında isə smartfonun ənənəvi 3.5 mm-lik audiogirişdən və IP standartı üzrə sudan və tozdan qorunma özəlliyindən məhrum olması var. OnePlus 6T-nin təqribi qiyməti 570$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər