Logo
    main-post-cover

    OnePlus 7 dünyanın ilk 5G smartfonu ola bilər

        OnePlus şirkəti bir neçə müddət bundan öncə OnePlus 6 modelini satışa çıxartdı və həmin model həm tənqidçilər həmdə istifadəçilər tərəfindən yaxşı qarşılandı. Bu ilin əvvəlində şirkət bildirmişdi ki, OnePlus 6T yalnız o halda satışa çıxacaq ki, şirkət yetəri qədər yeni texnologiyalara sahib olsun. Lakin görünür, şirkət əsas gücünü OnePlus 7 modelinə verib.
        Belə ki, sözügedən model 5G mobil şəbəkə standartına sahib ilk smartfon ola bilər. Hal hazırda Çində keçirilən MWCS 2018-də (Mobile World Congress Shanghai) OnePlus şirkətinin CEO-su bildirib ki, onlar 5G smartfonu gələn ilə satışa çıxartmağı planlaşdırırlar. Çox güman ki, söhbət OnePlus 7 modelindən gedir. Smartfonun digər mümkün olan özəllikləri barəsində məlumat verilmir. OnePlus 7 modelinin ilk 5G smartfon olma ehtimalı OnePlus ilə Qualcomm arasındakı uzun illər ərzində sürən əməkdaşlıq səbəb ola bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...