main-post-cover

    OnePlus 7 flaqman seriyası barəsində yeni məlumatlar ortaya çıxdı

    23.04.2019
    Farid Pardashunas
        Twitter-də @Samsung_News_ ləqəbi ilə tanınan insayder OnePlus şirkətinin yeni smartfon seriyası barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən OnePlus şirkəti bu dəfə 3 smartfon modeli təqdim edəcək: OnePlus 7, OnePlus 7 ProOnePlus 7 Pro 5G.
        Gəlin ilk öncə OnePlus 7 Pro 5G modelindən başlayaq. Məlumata əsasən sözügedən model 19.5:9 nisbətli 3120x1440 piksel keyfiyyətli 6.7 düym ekran, Snapdragon 855 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.6 diafraqmalı, OIS+EIS) + 8 MP (f/2.4 diafraqmalı və üçqat optik zoom özəllikli) + 16 MP (117 dərəcə bucaq təsvirli) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə enerji qəbul etməyə qadir Warp Charge sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən OnePlus 7 Pro modeli də həmin batareyaya sahib olacaq.

        Adi OnePlus 7 modelinə gəldikdə isə o, 2340x1080 piksel keyfiyyətli 6.4 düym ekran, Snapdragon 855 prosessoru, 6/8 GB RAM, 48 MP + 5 MP ikili arxa kamera və 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Gözləntilərə əsasən OnePlus şirkəti öz yeni flaqman smartfon modellərini 14 may tarixində təqdim edəcək. Smartfonların satışlarına isə 22 may tarixində start veriləcəyi güman edilir. Bununla yanaşı flaqman smartfonlarla birlikdə şirkət həmçinin özünün OnePlus Bullets Wireless 2 adlı naqilsiz qulaqlıq modelini də təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər