main-post-cover

    OnePlus 7-nin qiyməti və texniki göstərici məlumatları ortaya çıxdı

    Elm & Texnologiya
    09.03.2019
    Farid Pardashunas
        OnePlus şirkəti özünün OnePlus 7 flaqman smartfonunun hələ heç təqdimat tarixini elan etməsə də, smartfon barəsində məlumatlar daimi şəkildə ortaya çıxır. Bir neçə müddət bundan öncə OneLeaks ləqəbi ilə tanınan məşhur insayder sözügedən flaqman smartfonunun dizaynını ortaya çıxartmışdı. İndi isə Giztop adlı online mağaza OnePlus 7 smartfonunun texniki göstərici və qiymət məlumatlarını təqdim edib. Bu barədə Gizchina saytı xəbər verib.
        Diqqətçil istifadəçilər əks olunmuş fotoya şübhə ilə yanaşa bilərlər. Belə ki, əks olunmuş fotodakı smartfon məhz OnePlus 6T modelidir. Həmçinin fotodakı smartfonun sağ tərəfində səssiz rejimə keçid düyməsi də yoxdur. Lakin təqdim olunmuş texniki göstəricilər çox inandırıcı görünürlər və əvvəlki məlumat sızıntıları ilə üst-üstə düşürlər.

        Beləliklə əgər Giztop online mağazasına inansaq, OnePlus 7 smartfonu 6.5 düym Optic AMOLED ekran (Gorilla Glass 6 qoruyucu şüşə ilə örtülü və ekrana inteqrasiya edilmiş ən sürətli barmaq izi skanı texnologiyalı), Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 20 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera (ön kamera smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək) və 44 vatt gücündə enerji qəbul edə biləcək sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Smartfon OxygenOS 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Mağazanın verdiyi məlumata əsasən 8 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq versiya 569$ qiymətində satılacaq. Qeyd etmək lazımdır ki, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 6T modeli 579$ qiymətində satılır. OnePlus 7-nin təqdimatının bu ilin ikinci rübündə baş tutacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər