main-post-cover

    OnePlus 7 Pro flaqman smartfonunun rəsmi render fotosu sızdırıldı

    Elm & Texnologiya
    03.05.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Ishan Agarwal OnePlus 7 Pro flaqman smartfon modelinin ilk rəsmi render fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Yeni smartfon iki rəng variantında təqdim olunub: Nebula BlueMirror Grey. Əvvəlcədən də güman edildiyi kimi sözügedən smartfon nazik çərçivələrə sahib genişformatlı ekran ilə təchiz olunacaq və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq.
        Smartfonun arxa panelində üçlü arxa kamera yerləşəcək. Bununla yanaşı arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya birbaşa smartfon ekranına inteqrasiya ediləcək. Smartfonun sağ kənarında yandırıb/söndürmə düyməsi ilə səs rejimi tənzimlənməsi düyməsi, sol kənarında isə səs səviyyəsinin tənzimlənməsi düymələri yerləşəcək.

        Son məlumat sızıntılarına əsasən OnePlus 7 Pro smartfon modeli 19.5:9 nisbətli və 3120x1440 piksel keyfiyyətli 6.7 düym ekran, Snapdragon 855 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.6 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı və üçqat optik zoom-lu) + 16 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 30 vatt gücündə enerji qəbul etməyə qadir Warp Charge adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 7 seriyasının təqdimatı 14 may tarixində baş tutacaq və həmin təqdimatda 3 smartfon modeli təqdim olunacaq: OnePlus 7, OnePlus 7 Pro, OnePlus 7 Pro 5G.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər