main-post-cover

    OnePlus 7T-nin texniki göstəriciləri Geekbench testi vasitəsilə ortaya çıxdı

    Elm & Texnologiya
    04.09.2019
    Emil Nəcəfov
        OnePlus 7T smartfon seriyasının təqdimatına az müddət qalmış internetdə adi OnePlus 7T modelinin texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxdı. Belə ki, sözügedən smartfon məşhur Geekbench bençmark saytının məlumatlar bazasında aşkar edilib. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Geekbench testindən keçmiş OnePlus 7T modelinin texniki göstəriciləri Çin bazarı üçün nəzərdə tutulub.
        Məlumatlar bazasında smartfonun öz adı qeyd olunmayıb. O sadəcə olaraq EXSS8865 HD1900 kod nömrəsi ilə qeyd edilib. Geekbench testindən kemiş smartfon modelinin prosessoru 1.78 GHz tezliyə sahibdir. İnsayderlər bildiriblər ki, söhbət, Snapdragon 855 Plus prosessor modelindən gedir. 8 GB RAM və Android 10 əməliyyat sisteminə sahib smartfon Geekbench-in birnüvəli testində 3983 xal, çoxnüvəli testində isə 10976 xal toplayıb.
        Əvəlki məlumat sızıntılarına əsasən smartfon 2K keyfiyyətli 6.55 düym Super AMOLED ekran, 48 MP + 12 MP + 16 MP üçlü arxa kamera və 30 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OnePlus 7T smartfon seriyasının 26 sentyabr tarixində Hindistanda təqdim ediləcəyi güman edilir.
    Linki kopyala