main-post-cover

    OnePlus 7T Pro smartfonunun ilk real fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    05.08.2019
    Emil Nəcəfov
        OnePlus şirkəti artıq dəfələrlə öz smartfon modellərinin əsas versiyalarının təqdimatlarından bir neçə müddət sonra onların OnePlus T adlı daha təkmilləşdirilmiş versiyalarını təqdim edib. Görünür, OnePlus 7 smartfon seriyası da istisna olmayacaq. Belə ki, internetdə artıq OnePlus 7T Pro smartfon modelinin ilk real fotosu ortaya çıxıb. Bu barədə Phonearena saytına istinadən 4pda saytı xəbər verib.

        Smartfonun ilk fotosu Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıb. Fotodakı smartfonun qoruyucu keys ilə əhatə olunmasına baxmayaraq təqdim olunmuş foto smartfonun dizaynını əks etdirə bilir. Beləliklə fotodan da görmək olar ki, OnePlus 7T Pro modeli ad OnePlus 7 Pro kimi kənarları əyilmiş və aşağı hissədən nazik çərçivəyə sahib ekran ilə təchiz olunacaq.
        Smartfonun arxa paneli fotoda əks olunmasa da gözləntilərə əsasən o, üçlü arxa kamera ilə təchiz olunacaq. Texniki göstəricilərə gəldikdə isə məlumata əsasən OnePlus 7T Pro modeli Snapdragon 855 Plus prosessoru, 12 GB RAM, böyük həcmli batareya və Android Q əməliyyat sistemi ilə təchiz olunacaq. Güman olunur ki, OnePlus 7T ilə OnePus 7T Pro modelləri 1 noyabr tarixində təqdim olunacaqlar.
    Linki kopyala