main-post-cover

    OnePlus 7T Pro və 7T Pro McLaren Edition təqdim olunublar - QİYMƏTİ

    Elm & Texnologiya
    10.10.2019
    Farid Pardashunas
        Londonda keçirilmiş təqdimat tədbiri çərçivəsində OnePlus şirkəti OnePlus 7T Pro-nu və onun xüsusi versiyası olan OnePlus 7T Pro McLaren Edition-u təqdim edib. Bununla yanaşı təqdimat zamanı sentyabr ayının sonunda Hindistanda təqdim edilmiş OnePlus 7T-nin Avropa bazarındakı qiyməti də açıqlanıb. Bu barədə 4pda saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi OnePlus 7T Pro modeli bu il satışa çıxmış OnePlus 7 Pro-nun bir qədər təkmilləşdirilmiş versiyası olub. Belə ki, yeni smartfon modelində dəyişiklik o qədər də çox deyil.
        Xarici görünüşcə smartfonlar heç də fərqlənmirlər. Əsas dəyişikliklər isə texniki göstəricilərə aiddir. Beləliklə OnePlus 7T Pro modeli Snapdragon 855-in yerinə daha güclü olan Snapdragon 855 Plus prosessorunu əldə edib. OnePlus 7T Pro-nu adi OnePlus 7 Pro-dan fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, yeni smartfon həmçinin 23% daha sürətli olan WARP Charge 30T şarj texnologiyasını əldə edib. Smartfonun kameraları da dəyişilməz olaraq qalıb. Əsas yenilik ondan ibarətdir ki, OnePlus 7T Pro modeli həmçinin 2.5 sm məsafədən fokuslanma özəlliyinə sahib makroçəkiliş rejimini, videoçəkiliş zamanı yaxşılaşdırılmış stabilizasiya sistemini və ultragenişbucaqlı obyektiv üçün gecə çəkilişi rejimini əldə edib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon HDR10+ dəstəkli 6.67 düym Fluid AMOLED ekran, Adreno 640 qrafik sürətləndirici, 8 GB RAM, UFS 3.0 standartlı 256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.6 diafraqmalı, OIS + EIS) + 8 MP (f/2.4 diafraqmalı, 3 qat optik zoom) + 16 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, 4085 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub. Smartfon OxygenOS 10 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır.
        OnePlus 7T McLaren Edition modelinə gəldikdə isə o, bu seriyada ənənəvi olaraq qara rəngdə gövdəyə və narıncı rəngdə nazik çərçivələrə sahibdir. Bu modeli adi OnePlus 7T Pro-dan fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, 12 GB RAM göstəricisinə sahibdir. Digər göstəricilər baxımından isə smartfonlar eynidirlər. OnePlus 7T Pro modeli 17 oktyabr tarixində OnePlus 7T Pro McLaren Edtion modeli isə 5 noyabr tarixində satışa çıxacaq. OnePlus 7T Pro 699 avroya (865$), OnePlus 7T Pro McLaren Edition isə 799 avroya (989$) satılacaq. Adi OnePlus 7T modelinə gəldikdə isə o da 17 oktyabr tarixində satışa çıxacaq və 549 avro (679$) qymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər