main-post-cover

    OnePlus 7T smartfonu ilə OnePlus televizorunun təqdimat tarixləri ortaya çıxdı

    Elm & Texnologiya
    12.08.2019
    Farid Pardashunas
        İnsayderlər OnePlus 7T  smartfon modelinin və şirkətin ilk smart televizorunun təqdimat tarixlərini öyrəniblər. Bu barədə Mysmartprice saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, may ayının ortasında şirkət OnePlus 7 ilə OnePlus 7 Pro smartfon modellərini təqdim etmişdi. İndi isə onların OnePlus T adlı davamçılarının təqdimatlarının vaxtı gəlib çatıb. Çox güman ki, bunlar OnePlus 7T ilə OnePlus 7T Pro smartfon modelləri olacaqlar.
        Məlumata əsasən smartfonların təqdimat tədbiri 15 oktyabr tarixində baş tutacaq. Əgər bu həqiqətən də belə olsa, yeni OnePlus T seriyasının təqdimatı əvvəlki OnePlus T modellərinin təqdimatlarından daha tez baş tutacaq. Qeyd etmək lazımdır ki, OnePlus 6T modeli 29 oktyabr tarixində, OnePlus 5TOnePlus 3T smartfonları isə noyabr ayında təqdim olunmuşdular.
        Artıq məlumdur ki, OnePlus şirkəti özünün smart televizor modeli üzərində çalışır. Məlumata əsasən onun təqdimatı sentyabr ayının son həftəsi baş tutacaq. Yəni 25-30 sentyabr tarixləri arası. Ən optimal variant kimi isə 26 sentyabr tarixi görünür. Məlumata əsasən bu, 43 düym, 55 düym, 65 düym və 75 düym ekranlara, Bluetooth 5.0-a, 4K HDR dəstəyinə və Google Assistant səsli köməkçisinə sahib olacaq televizorlar seriyası olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər