main-post-cover

    OnePlus 8 barəsində yeni rəsmi məlumatlar verilib

    Elm & Texnologiya
    11.03.2020
    Farid Pardashunas
        OnePlus şirkətinin CEO-su Pete Lau ABŞ-ın Cnet saytına müsahibə verib. Öz müsahibəsi çərçivəsində o, təqdim olunacaq OnePlus 8 smartfon seriyası barəsində bəzi məlumatları da qeyd edib. Beləliklə Pete Lau-nun sözlərinə əsasən OnePlus 8 və OnePlus 8 Pro smartfon modelləri 5G modem ilə təchiz olunacaqlar. Bu səbəbdən hər iki smartfon əvvəlki modellər ilə müqayisədə daha baha qiymətə satılacaqlar. Qeyd etmək lazımdır ki, OnePlus 7T-nin satışı 600$ qiymətində, OnePlus 7T Pro-nun satışı isə 870$ qiymətində başlamışdı.
        Pete Lau smartfonların digər özəllikləri barəsində məlumat verməyib. Lakin artıq dəqiqdir ki, hər iki smartfon modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran və Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. OnePlus 8 smartfon seriyasının təqdimatı artıq gələn ay baş tutmalıdır. Gözləntilərə əsasən təqdimat tədbiri 14 aprel tarixində keçiriləcək. Qeyd etmək lazımdır ki, şirkət həmçinin OnePlus 8 Lite modeli üzərində də çalışır. Son məlumatlara əsasən həmin model yay fəslində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər