Logo
    main-post-cover

    OnePlus 8 gözlənildiyindən daha tez təqdim oluna bilər

    Elm & Texnologiya
    10.02.2020
    Emil
        Son illərdə OnePlus şirkəti öz yeni smartfon modellərini may ayında təqdim edir. Məsələn OnePlus 6 modeli 16 may 2018-ci ildə, OnePlus 7OnePlus 7 Pro modelləri isə 14 may 2019-cu ildə təqdim edilmişdilər. Lakin bu il görünür, şirkət öz yeni smartfon modellərini daha tez təqdim edəcək. Bu barədə Gagadget saytı xəbər verib.
        Məşhur hindistanlı insayder Ishan Agarwall-ın verdiyi məlumata əsasən OnePlus 8OnePlus 8 Pro smartfon modelləri ya mart ayının sonunda və ya aprel ayının əvvəlində təqdim olunacaqlar. Çox güman ki, belə üsul ilə OnePlus şirkəti Samsung, Huawei, OPPO, Vivo şirkətlərinin flaqman smartfon modellərinin buraxılışından geri qalmaq istəmir. Təbii ki, bu hələ rəsmi təsdiqlənmiş bir məlumat deyil, Buna görə də ona bir qədər şübhə ilə yanaşmaq lazımdır. Məlum olmayan tək şey OnePlus 8 Lite modelinin flaqman modellər ilə birlikdə təqdim olunub-olunmayacağıdır. 
    Paylaş
    Bənzər xəbərlər