main-post-cover

    OnePlus 8-in render fotoları təqdim olundu

    Elm & Texnologiya
    04.10.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə OnePlus şirkəti OnePlus 7T smartfon modelini təqdim etmişdi və hal hazırda şirkət OnePlus 7T Pro modelinin təqdimatına hazırlaşır. Lakin indi artıq şirkətin növbəti flaqman smartfon modelinin render fotoları ortaya çıxıb. Söhbət, OnePlus 8 modelindən gedir. Bu barədə Gagadget saytı xəbər verib.
        Smartfonun render fotolarını OneLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdim edib. Buna görə də onların doğruluğu barəsində narahat olmağa ehtiyac yoxdur. Təqdim olunmuş fotolarda əks olunmuş smartfon OnePlus 8 Pro modelinə bənzəyir. Belə ki, o, OnePlus 7 Pro-nun dizaynını xatırladır: Qradient rəngli gövdə, kənarları əyilmiş ekran və üçlü arxa kamera.
        Hal hazırda aktual olan OnePlus modellərindən OnePlus 8 Pro-nu fərqləndirən əsas özəllik isə ekran üzərində yerləşdirilmiş çıxıntı hissədir. Belə ki, ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə Galaxy S10-dakı çıxıntı hissəni xatırladır. Smartfonun texniki göstəriciləri barəsində məlumat olmasa da güman etmək olar ki, o, 6.5 düym ekran, Snapdragon 865 prosessoru və 8/12 GB RAM ilə təchiz olunacaq. OnePlus 8-i bu il gözləmək lazım deyil. Çox güman ki, smartfonu gələn ilin yaz fəslində təqdim edəcəklər.
    Linki kopyala