
OnePlus 8 Pro naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək
Elm & Texnologiya
24.01.2020
Nijat
OnePlus şirkətinin bir sonrakı flaqman ailəsi OnePlus 8 ilə bağlı yeni xəbərlər gəlməyə davam edir. May ayında çıxması planlanan OnePlus 8 Pro modelində naqilsiz şarj texnologiyasının olacağı deyilir. Bu haqda All About Samsung editorlarından biri olan Max J, Twitter üzərindən şəkil paylaşaraq məlumat verib. Şəkildə naqilsiz şarj cihazının üzərində OnePlus 8 Pro modeli görünür.
OnePlus 8 Pro modelində naqilsiz şarj texnologiyasından istifadə ediləcək.

Digər tərəfdən şirkətin OnePlus 8 və 8 Lite modellərində bu texnologiyanın olub-olmayacağı bəlli deyil. Qeyd edək ki, OnePlus şirkəti əslində bu texnologiyanı lazımsız hesab edirdi və boşu-boşuna cihazların qiymətini artıracağını düşünürdülər. O səbəbdən OnePlus modellərində naqilsiz şarj istifadə olunmurdu. Həmçinin nəzərə alsaq ki, şirkət hər il flaqman modellərinin qiymətlərini artırmağa davam edir, o zaman OnePlus 8 Pro modelinin çox da ucuz olmayacağını deyə bilərik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
