main-post-cover

    OnePlus 8 Pro smartfonu Geekbench testlərindən keçdi

    Elm & Texnologiya
    11.01.2020
    Emil Nəcəfov
        Dekabr ayının ortasında bu il təqdim olunacaq OnePlus 8 flaqman smartfon seriyasının hər 3 modeli barəsində məlumatlar ortaya çıxmışdı. İndi isə OnePlus 8 Pro modeli məşhur Geekbench bençmark saytında testlərdən keçib. OnePlus 8 Pro-nun Geekbench test nəticələrini məşhur hindistanlı insayder Mukul Sharma təqdim edib. Bu barədə 4pda saytı xəbər verib.
        Beləliklə Geekbench-in birnüvəli testində smartfon 4296 xal, çoxnüvəli testində isə 12.531 xal toplayıb. Bu cür yüksək test göstəriciləri Snapdragon 865 prosessoru və 12 GB-lıq RAM ilə əldə olunublar. Bundan əlavə olaraq güman edilir ki, smartfon LPDDR5 standartlı yeni daxili yaddaş həcmi də əldə edəcək. Yeni OnePlus 8 flaqman smartfon seriyasının bu ilin may ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala