main-post-cover

    OnePlus 8 smartfonlarının Avropa bazarındakı qiymətləri ortaya çıxdı

    Elm & Texnologiya
    09.04.2020
    Farid Pardashunas
        OnePlus 8 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxandan sonra məşhur insayder Roland Quandt adi OnePlus 8 modelinin keyfiyyəlti render fotolarını təqdim edib. Bundan əlavə olaraq internetdə bütün OnePlus 8 modellərinin Avropa bazarındakı satış qiymətləri də ortaya çıxıb. Bu barədə Winfuture saytı xəbər verib.
        Beləliklə təqdm edilmiş render fotolardan da görmək olar ki, OnePlus 8 Pro-dan fərqli olaraq adi OnePlus 8 modeli bir qədər qalın ekran çərçivələrinə sahib olacaq. Bununla yanaşı adi OnePlus 8 modeli üçlü arxa kamera ilə təchiz olunacaq. OnePlus 8 Pro isə özündə dördlü arxa kameranı birləşdirəcək. Sızdırılmış yeni məlumata əsasən yeni OnePlus 8 modelləri əvvəlki modellər ilə müqayisədə bir qədər baha qiymətə satılacaqlar. Həmin qiymət göstəriciləri aşağıdakı kimidir:
    - 8 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 8 - 719 avrodan 729 avroya kimi
    - 12 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 8 - 819 avrodan 829 avroya kimi
    - 8 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 8 Pro - 919 avrodan 929 avroya kimi
    - 12 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 8 Pro - 1009 avrodan 1019 avroya kimi.
    Qeyd etmək lazımdır ki, OnePlus 8 smartfon seriyası 14 aprel tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər