main-post-cover

    OnePlus Apple şirkətinə görə OnePlus 6T'nin təqdimat tarixini dəyişdi

    Elm & Texnologiya
    20.10.2018
    Farid Pardashunas
        Son bir neçə həftə ərzində OnePlus şirkəti 30 Oktyabr tarixində baş tutulması planlaşdırılan OnePlus 6T smartfon modelinin təqdimatı barəsində danışırdı. Lakin şirkətin planları dəyişdi. Belə ki, 2 gün bundan öncə Apple şirkəti rəsmi olaraq elan etdi ki, 30 Oktyabr tarixində növbəti təqdimat tədbirini keçirdəcək. Hər bir insana isə məlumdur ki, Apple şirkətinin planlaşdırdığı təqdimat gününə hansısa digər tədbiri planlaşdırmaq heç də səmərəli deyil. Belə ki, Apple şirkətinin təqdimat günündə digər tədbirlər arxa planda qalır. Bu səbəbdən OnePlus şirkəti OnePlus 6T flaqman smartfonunun tədqimatını dəyişmək məcburiyyətində qalıb.

        “Son 24 saat ərzində çox şey dəyişdi. Biz OnePlus 6T-nin təqdimat tarixini 8 Oktyabrda elan edəndə əmin idik ki, təqdimat günündə yeni smartfon modeli ilə reallaşdırmaq istədiyimiz bir çox şeyləri insanlara çatdırmağa nail ola biləcəyik. Lakin Apple şirkətinin 30 Oktyabr tarixinə təqdimat tədbirini anons etməsi ilə bu dəyişdi. Biz bilirik ki, texnoloji sahənin bütün təmsilçiləri səbrsizliklə məhz Apple şirkətinin təqdimat tədbirini gözləyirlər. İndi isə təsəvvür edin ki, biz bunu eşidəndə özümüzü necə hiss edirdik” – deyə OnePlus şirkəti bildirib. Şirkət etiraf edir ki, Apple şirkəti ilə eyni gündə OnePlus 6T-nin təqdimatı heç də yaxşı bir fikir deyil. Bütün diqqətlər məhz Apple şirkətinə yönələcək.

        Bundan əlavə olaraq bir çox jurnalistlər məhz Apple şirkətinin tədbirinə üstünlük verərək OnePlus 6T barəsində diqqətə laiq məlumat verə bilməyəcəklər. Məlumat rəqabətindən yayınmaq üçün OnePlus şirkəti OnePlus 6T-nin təqdimat tarixini 30 Oktyabrdan 29 Oktyabr tarixinə dəyişib. Qeyd etmək lazımdır ki, təqdimat tarixində iştirak edəcək bir çox insan artıq 30 Oktyabr tarixi üçün biletlər almış və həmin günə uyğun olaraq otellərdə yerləri öncədən sifariş etmişdilər. Şirkət bunu anlayaraq qeyd edib ki, həmin şəxslərin bütün xərclərini qarşılayacaq. Bununla yanaşı OnePlus 6T-nin Hindistandakı satış tarixi də dəyişilib. Belə ki, əvvəlki plana əsasən smartfon Hindistanda 5 Noyabr tarixində satışa çıxmalı idi. Yeni satış tarixi isə 2 Noyabrdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər