main-post-cover

    OnePlus bu gün 120 Hz tezlikli yeni ekran texnologiyasını təqdim edəcək

    Elm & Texnologiya
    13.01.2020
    Nijat Hamid
            OnePlus şirkəti bu gün Çinin Şenzen bölgəsində xüsusi bir təqdimat keçirəcək. Bu təqdimat zamanı şirkətin bəzi yeni texnologiyalarını təqdim edəcəyindən bəhs edilir. Ən diqqət çəkən nöqtə şirkətin bu təqdimatda 120 Hz yenilənmə tezliyinə malik yeni ekran panellərini təqdim etməsi olacaq. Bildiyiniz kimi OnePlus ekosistemdə 90 Hz ekrana keçən ilk firmalardan biridir. 

    İddialara görə bu təqdimatda göstərilən 120 Hz ekran panelləri OnePlus 8 və 8 Pro modellərində istifadə olunacaq.

            Təxminlərə görə OnePlus 8 ailəsi 2020-nin 2-ci rübündə satışa çıxacaq. Yeni flaqman ailəsi OnePlus 8, 8 Pro8 Lite adı altında 3 cihaz ilə təqdim edilməsi gözlənilir. Ən güclü modeldə isə Snapdragon 865-in olacağı deyilir. Telefonların sızdırılan render görüntülərinə görə cihazlarda Punch Hole adı verilən çərtik ekran tipi olacaq. Pro modelində 4 arxa kameranın olması gözlənilir. Standart versiyada isə 3 arxa kamera olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər