OnePlus Buds Pro 2 Lite adlı yeni naqilsiz qulaqlıq təqdim edilib

OnePlus Buds Pro 2 Lite adlı yeni naqilsiz qulaqlıq təqdim edilib

Texnologiya
07.03.2023 PAYLAŞIM

    OnePlus şirkəti OnePlus Ace 2V smartfonu ilə yanaşı həmçinin yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, OnePlus Buds Pro 2 Lite-dan gedir. Adında Lite sözünün olmasına baxmayaraq o, Buds Pro 2-dən heç də geri qalmır. Bununla belə yeni qulaqlıq daha ucuz qiymətə satılır. Xarici görünüşcə yeni qulaqlıq Buds Pro 2-dən heç fərqlənmir. Buds Pro 2 kimi Lite versiya da aşağı tezlikli 11 mm-lik səsgücləndiricilər ilə təchiz olunub. Qulaqlıq həmçinin ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdir. Onun sayəsində Buds Pro 2 Lite modeli ətraf səs-küyü 48 dB-ə (desibel) kimi boğa bilir.


    Üstəlik qulaqlıqda şəffaf rejim də reallaşdır;lıb. Onun sayəsində istifadəçi ətraf mühitdəki səsləri qulaqlıqları çıxartmadan eşidə bilər. Buds Pro 2 Lite modelinin orijinal modeldən fərqi ondadır ki, yeni qulaqlıq naqilsiz şarj texnologiyasına və baş hissəsinin vəziyyətini təyin etmə imkanına sahib deyil. Digər bütün özəlliklər baxımdan qulaqlıqlar eynidirlər. Buds Pro 2 Lite ətraf səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu halda 6 saat ərzində, bu funksiyanın deaktiv olduğu halda isə 9 saat ərzində çalışa bilir. Şarj keysi hesabına qulaqlığın ümumi çalışma müddəti 39 saat təşkil edir. Buds 2 Pro Lite modeli Çində 115$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×