
OnePlus CES 2020-də ilk ağıllı saatını təqdim edə bilər
Elm & Texnologiya
16.12.2019
Oppo firmasının alt şirkəti olan OnePlus istehsal etdiyi modellər ilə istifadəçilərin sevgisini qazana bilmişdi. Şirkət ildə 2 model təqdim edərək yoluna davam edir. Lakin ortaya çıxan yeni məlumatlara görə CES 2020 sərgisində şirkət ilk ağıllı saatını təqdim edə bilər. 7 Yanvar 2020-də keçirələcək CES 2020 sərgisində yeni bir iştirakçı daha olacaq kimi görünür.
Təxminlərə görə ağıllı saatın patenti 2016-da alınıb. OnePlus CEO-su Pete Lau Twitter-də CES 2020 haqqında yazıb
Şirkətin CEO-su Pete Lau rəsmi Twitter hesabından CES 2020-ilə bağlı fikirlərini paylaşıb. Yazdığına görə sərgidə OnePlus fanatlarını xüsusi bir surpriz gözləyir. Bu haqda məlumatlar keçən aylarda aşkarlanmışdı. 2016-da patentin alınmasına baxmayaraq 2020-ə qədər istehsal müddətinin artması biraz gözlənilməyən bir vəziyyətdir. Rəqiblərinə nəzərən daha yaxşı bir qiymətə satışa çıxarsa çox güman bir xeyli seviləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...