Logo
    main-post-cover

    OnePlus həvəskarları! Diqqət! Sistem yenilənməsi gəlir.

    OnePlus şirkəti öz telefonlarına xas yazdığı əməliyyat sistemi olan OxygenOS, qarşıdakı günlərdə yeni sistem yenilənməsinin olacağını açıqladı. Hələlik test mərhələsində olacaq bu yeniləmə sadəcə müəyyən sayda istifadəçiyə veriləcək və OxygenOS 2.1 adını alacaq. Bu yeniləmə özü ilə bərabər kameranın manual rejimini gətirəcək. OnePlus yeniləməyə 22 sentyabr tarixindən başlayacaq, ancaq onun davam etməsi ilkin mərhələnin nəticələrinə uyğun müəyyən olunacaq. Biz sizə OxygenOS 2.1-lə gələcək dəyişikliklərin siyahısını təqdim edirik:
    •      Fotokamerada manual rejim. Bu rejim sayəsində siz şəkil çəkərkən daha çox funksiyadan yararlana biləcəksiniz.
    • 3-cü nəsil kamera proqramları artıq Raw formatını dəstəkləyəcək.
    • Artıq ekranda rəng balansını seçə biləcəyiniz bölmə olacaq. Siz zövqünüzə uyğun şəkilin effektini müəyyən edə biləcəksiniz.
    • Exchange dəstəyi əlavə olundu.
    • 3-cü nəsil proqramların yol açdığı xətalar düzəldildi.
    • Artıq telefonun rejimini "təyyarə rejimi"nə dəyişdikdə baş verən gecikmələr aradan qaldırıldı.
    Əgər siz yenilənməni yaxında zamanlarda almasanız narahat olmayın. OnePlus bütün istifadəçilərinə stabil sistem təklif etmək üçün daim yenilənir. Əgər yenilənməni almısınızsa, o zaman bununla bağlı fikirlərinizi bizimlə bölüşə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər