Logo
    main-post-cover

    OnePlus Nord Buds 2 naqilsiz qulaqlığı təqdim edilib

        OnePlus şirkəti Nord CE 3 Lite smartfonu ilə yanaşı həmçinin Nord Buds 2 adlı naqilsiz qulaqlığını da təqdim edib. Nord Buds 2 bütün müasir naqilsiz qulaqlıqların aktual funksiyalarını özündə birləşdirir. Bura həmçinin ətraf səs-küyün aktiv boğulması da daxildir. OnePlus-ın yeni naqilsiz qulaqlığı 12.4 mm-lik audio drayverlər ilə təchiz olunub. Nord Buds 2-nin ətraf səs-küyü aktiv boğma funksiyası ətraf səs-küyü 25 dB-ə (desibel) kimi boğa bilir. Həmçinin yeni naqilsiz qulaqlıq Dolby Atmos dəstəyini özündə birləşdirir.
        Telefon danışıqlarının keyfiyyətlərini yüksəltmək üçün Nord Buds 2-də Advanced Clear Call funksiyasından istifadə edilir. Bu funksiya telefon danışıqları zamanı həmsöhbət şəxsin səsini kənar küylərdən təmizləyir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra ətraf səs-küyün boğulması funksiyasının aktiv olduğu halda 5 saat ərzində, deaktiv olduğu halda isə 7 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində bu göstəricilər müvafiq olaraq 27 saat və 36 saat təşkil edirlər. Həm qulaqlıqların gövdələri həm də şarj keysinin gövdəsi IP55 standartı üzrə sudan qorunur. OnePlus Nord Buds 2 bu ayın sonunda Avropa bazarında 86$-a satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər