main-post-cover

    OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    02.08.2022
    Farid Pardashunas
        Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət Nord brendi altında yeni büdcəli naqilsiz Buds CE qulaqlıqlarını təqdim edib. Təqdim edilmiş Nord Buds CE böyük ölçülü səsgücləndiricilər, telefon zəngləri üçün ətraf səs-küyün boğulması funksiyası və naqilsiz şarj texnologiyasının dəstəyi ilə diqqəti cəlb edir. Beləliklə sözügedən qulaqlıqlar titan materialdan hazırlanmış diafraqmaya sahib 13.4 mm-lik səsgücləndirici drayverlər ilə təchiz olunublar. Həmin drayverlər güclü basları təmin edirlər. Smartfona qoşulmaq üçün qulaqlıqlar BIuetooth 5.2 texnologiyasından istifadə edirlər.
        OnePlus smartfonları ilə çalışan və bu halda oyun rejiminin aktivləşdirilməsi zamanı qulaqlıqların siqnalı qəbuletmə müddəti 94 millisaniyəyə düşür. Telefon zəngləri zamanı ətraf səs-küyün süni zəka əsaslı boğulması funksiyası işə düşür və kənar səslər ilə külək səsini bloklayır. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra Nord Buds CE fasiləsiz olaraq 4.5 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə qulaqlıqların ümumi çalışma müddəti 20 saata yüksəlir. Məlumatda qeyd edilib ki, sürətli şarj texnologiyası vasitəsilə qulaqlıqlar 81 dəqiqə ərzində çalışmaq üçün kifayət edəcək qədər enerji yığa bilirlər. OnePlus Nord CE 29$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər