Logo
    main-post-cover

    OnePlus Nord seriyasına daxil olacaq yeni naqilsiz qulaqlıq üzərində çalışır

    Elm & Texnologiya
    03.05.2023
    Emil
        OnePlus şirkəti keçən ay Nord Buds 2 adlı naqilsiz qulaqlığı təqdim etmişdi. Görünür, şirkət onun yeni versiyası üzərində çalışır. İnsayderlərin verdikləri məlumata əsasən şirkətin yeni naqilsiz qulaqlığı OnePlus Nord Buds 2R adını əldə edəcək. Yeni qulaqlıq artıq sertifikatlaşdırmadan keçib. Təəssüflər olsun ki, Nord Buds 2R-in texniki özəllikləri barəsində ətraflı məlumat yoxdur. Sadəcə güman etmək olar ki, yeni naqilsiz qulaqlıq Nord Buds 2 kimi vakuum konstruksiyasına sahib olacaq və ətraf səs-küyün aktiv boğulması funksiyasını özündə birləşdirəcək. Bununla yanaşı böyük ehtimal ilə yeni naqilsiz qulaqlığın gövdəsi sudan qorunacaq.
    Paylaş
    Bənzər xəbərlər