Logo
    main-post-cover

    OnePlus növbəti planşeti üzərində çalışır

    Elm & Texnologiya
    04.09.2023
    Emil
        OnePlus şirkəti bu ilin əvvəlində OnePlus Pad adlı ilk planşetini təqdim etmişdi. Sözügedən planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib böyük ölçülü ekran, MediaTek Dimensity 9000 prosessoru ilə təchiz olunur və Android 13 vasitəsilə çalışır. Məntiqlə düşünəndə güman etmək olar ki, şirkət onun davamçısı olacaq OnePlus Pad 2 üzərində çalışır. Lakin internetdə OnePlus Pad Go adlı planşet barəsində məlumat ortaya çıxıb. İnsayderlərin sözlərinə əsasən OnePlus sözügedən yeni planşetini yalnız gələn il təqdim edəcək. OnePlus Pad Go-nun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Lakin bu və ya digər cihazın adına Go sözünün əlavə olunması adətən cihazın büdcəli olduğuna işarə edir. 
    Paylaş
    Bənzər xəbərlər