
OnePlus öz ilk planşeti üzərində çalışır
Elm & Texnologiya
15.11.2022
Emil
OnePlus şirkəti yaxın zamanda öz məhsullarına yeni kateqoriyanı əlavə etməyi planlaşdırır. Belə ki, verilmiş yeni məlumata əsasən şirkət hal hazırda aktiv şəkildə ilk planşeti üzərində çalışır. Məlumata əsasən şirkətin ilk planşet modeli OnePlus Pad adını əldə edəcək. Gözləntilərə əsasən sözügedən planşet modeli 2023-cü ildə təqdim ediləcək. Məlumatda qeyd edilib ki, OnePlus şirkəti öz ilk planşet modelini əslində bu il təqdim etməli idi.
Lakin bilinməyən səbəblər nəticəsində şirkət bu cihazın təqdimatını təxirə salmalı oldu. Verilmiş yeni məlumatda OnePlus Pad-ın texniki özəllikləri yer almasa da, əvvəlki məlumat sızıntılarına əsasən OnePlus-ın ilk planşet modeli Full HD+ keyfiyyətli 11 və ya 12 düym ekranla təchiz olunacaq. Bundan əlavə olaraq OnePlus Pad Qualcomm prosessorunu, 6 GB RAM-ı, 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
