
OnePlus Pad Go-nun hansı prosessora sahib olacağı məlum olub
Elm & Texnologiya
26.09.2023
Emil
OnePlus şirkətinin OnePlus Pad Go adlı yeni planşetinin təqdimat müddəti yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə insayderlər sözügedən planşetin bəzi texniki göstəriciləri barəsində məlumatları təqdim ediblər. Beləliklə onların sözlərinə əsasən OnePlus Pad Go planşeti MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini birləşdirəcək. Ekran mövzusuna gəldikdə isə planşet 2.4K keyfiyyətli 11.6 düym LCD ekranla təchiz olunacaq. Ekran həmçinin 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Planşet 8 MP-lik arxa kameraya, 8 MP-lik ön kameraya və 8000 mAh enerji tutumlu batareyaya sahib olacaq. OnePlus Pad Go Android 13 vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, OnePlus Pad Go-nun təqdimatı 6 oktyabr tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
