Logo
    main-post-cover

    OnePlus Pad Go planşeti təqdim olunub - QİYMƏTİ

        Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OnePlus şirkəti OnePlus Pad Go adlı yeni planşetini təqdim edib. Şirkət OnePlus Pad-də olduğu kimi yeni planşetdə böyük ölçülü ekranı və 4 ədəd səsgücləndiricidən ibarət audio sistemi qoruyub saxlayıb. Beləliklə OnePlus Pad Go planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1720 piksel keyfiyyətli 11.35 düym LCD ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir.
        Planşet MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini (1 TB-a kimi microSD dəstəkli) birləşdirir. Planşet həmçinin 8 MP-lik arxa kameraya, 8 MP-lik ön kameraya və 33 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet həmçinin özündə LTE dəstəyini də birləşdirir. OnePlus Pad Go hələ ki, yalnız Hindistan bazarı üçün təqdim edilib və o, 20 oktyabr tarixində satışa çıxacaq. Planşetin satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 128 GB yaddaş + Wi-Fi dəstəyi -240$
    - 128 GB yaddaş + LTE dəstəyi - 265$
    - 256 GB yaddaş + Wi-Fi + LTE dəstəyi - 289$.
    Paylaş
    Bənzər xəbərlər