
OnePlus Pad Go planşetinin hansı qiymətə satılacağı məlum olub
Elm & Texnologiya
05.10.2023
Emil
OnePlus artıq sabah OnePlus Pad Go adlı büdcəli planşetini təqdim edəcək. Təqdimat Hindistanda baş tutacaq. Təqdimata bir gün qalmış sözügedən planşetin Hindistanda hansı qiymətə satılacağı məlum olub. Beləliklə ortaya çıxmış məlumata əsasən OnePlus Pad Go planşeti Hindistan bazarında 215$-a satılacaq. Bundan əlavə olaraq məlum olub ki, planşetin satışlarına 20 oktyabr tarixində start veriləcək. Planşeti artıq 12 oktyabr tarixindən ön sifariş etmək mümkün olacaq. Son məlumatlara əsasən planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 11.6 düym LCD ekranla təchiz olunacaq və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
