
OnePlus Pad Go planşetinin təqdimat tarixi açıqlanıb
Elm & Texnologiya
19.09.2023
Emil
Artıq sirr deyil ki, OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad Go-dan gedir. Bu yeni planşet büdcəli planşetlər seqmentinə daxil olacaq. İndi isə insayderlər OnePlus Pad Go-nun nə zaman təqdim olunacağını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən şirkətin büdcəli planşeti 6 oktyabr tarixində Hindistanda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, şirkət planşetin təqdimatını rəsmi şəkildə hələ anons etməyib. Lakin çox güman ki, insayderlərin təqdim etmiş olduqları məlumat həqiqəti əks etdirir. Son məlumat sızıntılarına əsasən OnePlus Pad Go planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 11.6 düym ekran ilə təchiz olunacaq. Planşetin hansı prosessor vasitəsilə çalışacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
