OnePlus şirkəti bu il öz smartfonlarının eksklüziv versiyalarını təqdim etməyə bilər

OnePlus şirkəti bu il öz smartfonlarının eksklüziv versiyalarını təqdim etməyə bilər

Texnologiya
21.05.2020 PAYLAŞIM

    Smartfon istehsalçılarının çoxu müxtəlif avtomobil şirkətləri ilə birlikdə əməkdaşlıq çərçivəsində öz smartfon modellərinin eksklüziv versiyalarını təqdim edirlər. OnePlus şirkəti də bu cür smartfon istehalçıları siyahısındadır. Məsələn OnePlus 6T McLaren Edition smartfon modeli məşhur avtomobil istehsalçısı olan McLaren şirkəti ilə birlikdə olmuş əməkdaşlıq çərçivəsində istehsal olunmuşdu.

    Bura həmçinin 2019-cu ildə satışa çıxmış OnePlus 7T McLaren Edition modeli də daxildir. Lakin yeni məlumata əsasən şirkət bu il bu cür strategiyadan imtina edəcək. Bu barədə Gizchina saytı xəbər verib. İnsayderlərin verdikləri məumata əsasən OnePlus şirkəti McLaren şirkətinin saytında rəsmi partnyorlar siyahısından yoxa çıxıb.


    Qeyd etmək lazımdır ki, OnePlus şirkəti həmçinin Avropa bazarındakı biznesində də dəyişikliklər edib. Belə ki, şirkət Avropadakı baş ofisini Londondan Helsinki şəhərinə köçürdüb. Məlumata əsasən OnePlus ilə əməkdaşlıq edəcək yeni avtomobil istehsalçısı Koenigsegg şirkəti olacaq. Bu şirkət idman avtomobillərinin istehsalı ilə məşğuldur. OnePlus şirkəti avtomobil istehsalçısı partnyorunun dəyişilməsi barəsində məlumata şərh verməyib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək

Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində..


Elon Musk-ın Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə ha..

Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər ü..


Google şirkəti Meta və Apple məhsulları ilə rəqabət apara biləcək AR cihaz üzəri..

Virtual (VR) və artırılmış (AR) reallıq cihazları bazarı daha çox şirkətin diqqətini cəlb etməyə dav..


Space Entertainment Enterprise şirkəti kosmosda film studiyası inşa etməyi planl..

Space Entertainment Enterprise adlı şirkət kosmosda film studiyası kimi fəaliyyət göstərəcək stansiy..


Həvəskar şəxs keçən əsrin noutbukunda bitcoin mayninqini işə sala bilib

İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indik..


Samsung AMD qrafikalı Exynos 2200 flaqman prosessorunu təqdim edib

Uzun müddətlik aradan sonra Samsung şirkəti Exynos 2200 flaqman prosessorunu təqdim edib.

×