OnePlus şirkəti CES 2020 sərgisində OnePlus Concept One adlı konseptual smartfonu təqdim edəcək
Elm & Texnologiya
17.12.2019
Farid Pardashunas
Keçən həftənin sonunda məlum oldu ki, OnePlus şirkəti öz tarixində ilk dəfə yanvar ayında keçiriləcək CES 2020 sərgisində iştirak edəcək. Lakin şirkətin həmin sərgidə nə təqdim edəcəyi məlum deyildi. İndi isə bu məlumat da ortaya çıxdı. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin Çinin Weibo adlı sosial şəbəkəsində təqdim etdiyi paylaşıma əsasən CES 2020 sərgisində OnePlus Concept One adlı konseptual smartfon modeli təqdim ediləcək.
Həmin konseptual smartfonun OnePlus şirətinin digər smartfon modellərindən nə ilə fərqlənəcəyi barəsində bir məlumat yoxdur. Hər şey 7 yanvar tarixində bilinəcək. Qeyd etmək lazımdır ki, şirkət hal hazırda OnePlus 8 smartfon seriyası üzərində çalışır. Lakin bu dəfə smartfon seriyasına 3 model daxil olacaq: OnePlus 8, OnePlus 8 Pro və OnePlus 8 Lite. Bu smartfonlar 2020-ci ilin ikinci rübündə təqdim olunmalıdırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək