main-post-cover

    OnePlus şirkəti MWC 2019 sərgisində özünün ilk 5G smartfonunu sərgiləyəcək

    Elm & Texnologiya
    12.02.2019
    Farid Pardashunas
        OnePlus şirkəti MWC 2019 sərgisi çərçivəsində özünün ilk 5G şəbəkə dəstəkli smartfon modelini sərgiləyəcək. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumata əsasən bu, 5G şəbəkə dəstəkli oyun smartfonunun prototipi olacaq. Onun işini şirkətin stendində test etmək mümkün olacaq. Smartfon barəsində əlavə məlumatlar olmasa da onun barəsində bəzi şeylər məlumdur.
        Belə ki, OnePlus 5G smartfonu dəqiq olaraq genişformatlı ekran və Snapdragon X50 5G modeminə sahib Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Smartfonun final versiyası OnePlus 6T modelindən 200-300$ baha qiymətə satılacaq. Smartfonun tam təqdimatı isə bu ilin may ayında İngiltərənin EE adlı mobil operatorunun iştirakı ilə baş tutacaq. Belə ki, bu mobil operator ilk olaraq İngiltərənin 16 şəhərində 5G şəbəkəsini istifadəyə verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər