Logo
    main-post-cover

    'OnePlus' şirkəti OnePlus 5T modelinin təqdimat tarixini elan etdi (VİDEO)

    Neçə həftələr ərzində gəzən şaiyələrdən sonra “OnePlus” şirkəti sonunda OnePlus 5T modelinin təqdimat tarixini rəsmi şəkildə elan etdi.

    Yeni smartfonun təqdimatı A New View sloqanı altında keçiriləcək. Təqdimat öncəsi təqdim olunan tizer videosunda da görmək olar ki, yeni smartfonun əsas özəlliyi kimi ekranın uzunluğunun enliliyinə olacaq 18:9 nisbəti və nazik çərçivələr çıxış edəcəklər. Sonuncu məlumatlara əsasən smartfon 6 inç-lik ekran və 20 MP-lik ön kamera ilə təchiz olunacaq. Barmaq izi skanının isə arxa paneldə yerləşdirilməsi gözlənilir. OnePlus 5T 16 Noyabr tarixində təqdim olunacaq və bu ayın da 21-də satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər