Logo
    main-post-cover

    OnePlus şirkəti OnePlus Pad adlı ilk planşetini təqdim edib

        OnePlus 11-in qlobal versiyası və OnePlus 11R smartfonundan əlavə olaraq OnePlus şirkəti ilk planşeti OnePlus Pad-i təqdim edib. Şirkət öz ilk planşetində əsas diqqəti onun performans göstəricilərinə, səs keyfiyyətinə və multitasking özəlliklərinə ayırıb. Beləliklə OnePlus Pad planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2800x2000 piksel keyfiyyətli 11.61 düym IPS LCD ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Bununla yanaşı ekran Dolby Vision texnologiyasının dəstəyinə sahibdir. Onu da qeyd etmək lazımdır ki, OnePlus Pad-in ekranı OnePlus Stylo adlı stilusu dəstəkləyir. Əsas texniki göstəricilərə gəldikdə isə planşet MediaTek Dimensity 9000 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Şirkətin verdiyi məlumata əsasən OnePlus Pad 14.5 saat ərzində vieo izləmə rejimində çalışa bilir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd güclü səsgücləndiricini birləşdirir. Onlar gövdənin künc hissələrində yerləşirlər. Sözügedən planşetin əsas üstünlüklərindən biri də odur ki, o, OnePlus ekosisteminə sıx inteqraisya edilib. Məsələn bu planşetə və OnePlus smartfonuna sahib olan istifadəçi faylların cihazlar arasında sürətli ötürülməsi imkanını, bildirişlərə istənilən iki cihazdan birində baxmaq özəlliyini və vahid fayl mübadiləsi buferinin istifadəsini əldə edir. OnePlus Pad OxygenOS 13 interfeysli Android 13 vasitəsilə çalışır. Planşetin nə zaman və hansı qiymətə satışa çıxacağı qeyd edilməyib. Sadəcə olaraq bildirilib ki, onun ön sifarişlərinə aprel ayında start veriləcək. Heç istisna deyil ki, satışlar məhz elə aprel ayında başlasın.
    Paylaş
    Bənzər xəbərlər