
OnePlus şirkətinin CEO'su OnePlus 7T'nin fotolarını təqdim edib
Elm & Texnologiya
18.09.2019
Emil
26 sentyabr tarixində OnePlus şirkəti yeni OnePlus 7T və OnePlus 7T Pro smartfon modellərini təqdim edəcək. Lakin şirkətin yaradıcısı və CEO-su olan Pete Lau təqdimat tədbirini gözləməyərək şirkət daxilində OnePlus 7T-nin fotolarını göstərib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Lakin həmin fotolar da smartfon barəsində bəzi məlumatları təqdim ediblər.

Beləliklə OnePlus 7T-nin gövdəsi şüşə materialdan hazırlanacaq. Alıcılar göy rəngli gövdəyə sahib OnePlus 7T ala biləcəklər. Bu rəng göstəricisi isə yalnız OnePlus 7 Pro-ya aid idi. Yeni smartfonda isə əsas diqqət arxa kameralara ayrılıb. Əvvəlcədən də gözlənildiyi kimi smartfonun arxa kameraları xüsusi dairəvi sahənin daxilində yerləşdirilib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
