
OnePlus şirkətinin ilk planşetinin sahib olacağı özəlliklər barəsində məlumat verilib
Elm & Texnologiya
24.03.2022
Emil
Son məlumatlara əsasən OnePlus şirkəti yeni smartfonlarla yanaşı həmçinin ilk planşet modeli üzərində də çalışır. Sözügedən planşet hələ anons edilməsə də insayderlər onun texniki özəllikləri barəsində məlumatları artıq təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən OnePlus Pad 5G adlı planşet Full HD+ keyfiyyətli 12.4 düym OLED ekran ilə təchiz olunacaq. Planşet Snapdragon 865 prosessoru vasitəsilə çalışacaq və 6 GB RAM ilə 128 GB daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı planşet özündə 13 MP + 5 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirəcək.
Məlumatda qeyd edilib ki, OnePlus Pad 5G-nin digər özəllikləri arasında kənar hissəyə inteqrasiya ediləcək barmaq izi skanı texnologiyası, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş və Bluetooth 5.1 texnologiyasının dəstəyi olacaq. Planşet 45 vatt gücündə sürətli şarj texnologiyalı 10090 mAh enerji tutumlu batareya ilə təchiz olunmalı və Android 12 vasitəsilə çalışmalıdır. Gözləntilərə əsasən OnePlus şirkəti öz ilk planşet modelini bu ilin birinci yarısında təqdim edəcək. Onun 470$ qiymətində satılacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
