
OnePlus X-ə yenilənmə gəlib. Yeniliklər nədən ibarətdir?
Elm & Texnologiya
08.05.2017
Keçən ilin noyabr ayında OnePlus şirkəti bildirmişdi ki, OnePlus X üçün Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində yenilənmənin hazırlanması planlaşdırılır.
Bugündən etibarən smartfon yenilənmə almağa başlayıb.
Technote.az-ın "Phonearena.com” saytına istinadən verdiyi xəbərə əsasən bu
yenilənmə Androidin 6-cı versiyası deyil. Bunun əvəzinə smartfon özündə yeni
funksiyalar və xətaların aradan qaldırılmış versiyası Oxygen 2.2.2 yenilənməsini
əldə edib. Bundan əlavə olaraq şirkət bildirib ki, OnePlus X üçün Marshmallow yenilənməsi
üzərində hələki işlər gedir. Oxygen 2.2.2 yenilənməsinin xüsusiyyətləri
aşağıdakılardır.
- Yeni kamera tətbiqi (1.4 versiya)
- Kamerada 1 saniyə ərzində çəkilən kadrların sayı artırılıb
- İstifadəçinin üzünün skanı ilə smartfonun blokdan çıxarılma
funksiyası əlavə olunub
- Swiftkey klaviaturası 6.3.3 versiyasına kimi yenilənib
- Operatorların adları yenilənib
- Təhlükəsizlik üzrə iyul yenilənməsi əlavə olunub
- SIM-kartın tanınması və operatorun seçilməsi üzrə problem
aradan qaldırılıb
- Auto Rotate funksiyasının bug-ları aradan qaldırılıb
Daha əvvəl olduğu kimi yenilənmə 325 MB OTA paket şəklində təqdim
olunur. Tezliklə bütün smartfonlara yenilənmənin əlavə olunması barəsində Push
bildiriş gələcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...