OpenAI təşkilatı musiqi yaratmağı bacaran süni zəka sistemini təqdim edib

OpenAI təşkilatı musiqi yaratmağı bacaran süni zəka sistemini təqdim edib

Texnologiya
06.05.2020 PAYLAŞIM

    Süni zəka sahəsində fəaliyyət göstərən qeyri kommersiya təşkilatı olan OpenAI, Jukebox adlı yeni neyron şəbəkəsini təqdim edib. Bu neyron şəbəkə musiqi ilə vokal partiyalar yarada bilir. Maraqlısı ondadır ki, Jukebox neyron şəbəkəsi müxtəlif musiqi janrlarında çalışa və hətta məşhur musiqiçiləri imitasiya edə bilir. Sözügedən süni zəka sisteminin işə salınması münasibətilə o artıq öz ilk albomunu təqdim edib və həmin alboma bir sıra musiqi daxil olub. Bu barədə Techrepublic.com saytı xəbər verib.

Jukebox-un inkişaf etdirilməsi üçün onun müəllifləri LyricWiki kimi məşhur bazalarda olan milyonlarla musiqidən istifadə ediblər.

    Həmin məlumatlara müəlliflər həmçinin metaməlumatları da daxil ediblər. Həmin məlumatlar arasında musiqilərin janrları, onları ifa edən şəxslərin adları və həmin musiqilərin nə zaman işıq üzü gördükləri barəsində məlumatlar əks olunublar. Neyron şəbəkənin musiqini daha asan şəkildə anlaması üçün tərtibatçılar hər bir musiqinin əhval-ruhiyyəsini və həmin musiqilər ilə bağlı olan açar sözləri təyin ediblər. Jukebox öz musiqilərini dil modeli və OpenAI tədqiqatçıları ilə birlikdə bəstələyir. Təəssüflər olsun ki, bu neyron şəbəkənin hal hazırki versiyası mənasız musiqi mətnləri yaradır.


    Jukebox-un ilk albomuna 6 musiqi daxil olub. İstənilən şəxs onlara Soundcloud servisində qulaq asa bilər. Jukebox-u digər bəstəkar neyron şəbəkələri ilə müqayisə edən zaman görmək olar ki, Jukebox onları geridə qoyur. Lakin buna baxmayaraq Jukebox hələ də spesifik çalışır. Sözügedən süni zəka sisteminin mənfi cəhətləri arasında güclü hesablama resurslarından istifadə ehtiyacı var. Buna görə də yaxın zamanda onun səs studiyalarında istifadəsi mümkün deyil. Bundan əlavə olaraq süni zəka hələ ki, musiqinin kupletdən və nəqarətdən ibarət klassik strukturunu anlamır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər..

Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları il..


SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə..

Görünür, SpaceX şirkəti Starship kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzə..


Apple yenilənmiş Face ID texnologiyasının patentini əldə edib

ABŞ-ın patentlər üzrə təşkilatı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib...


Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru t..

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensi..


Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion bata..

İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası..


Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu t..

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib.

×