Logo
    main-post-cover

    OpenAI təşkilatının süni zəkası yenidən Dota 2 üzrə professionallara qalib gəlib (VİDEO)

        OpenAI Five adlı süni zəka 2:0 hesabı ilə Dota 2 üzrə professional kommentatorlara qalib gəlib. Sözügedən oyun 5 Avqust tarixində OpenAI təşkilatının ofisində keçirilib. İnsanlardan ibarət professional kommentatorlar komandasına Blitz, Cap, Fogged Merlini ləqəbli məşhur iştirakçılar daxil olublar. Bununla yanaşı komandada həmçinin MoonMeander ləqəbli məşhur kiberidmançı da olub. Məhz onlar öz statistikaları sayəsində komandaya daxil olublar. Belə ki, onlar Dota 2 oyununda seçdikləri herolar vasitəsilə dünyada olan insanların 99.95%-dən daha yaxşı oyun sərgiləyə bilirlər. Beləliklə sözügedən oyun üçün komanda üzvlərinə 18 personaj təqdim olunub:

        Axe, Crystal Maiden, Death Prophet, Earthshaker, Gyrocopter, Lich, Lion, Necrophos, Queen of Pain, Razor, Riki, Shadow Fiend, Slark, Sniper, Sven, Tidehunter, ViperWitch Doctor. Hər bir oyundan öncə süni zəka öz qalibiyyət ehtimalını 95% dəqiq proqnozlaşdırıb. Beləliklə 2 dəfə uduzundan sonra real insanlardan ibarət olan komanda süni zəka üçün personajları özü seçib. Bu halda süni zəka oyundan öncə öz qalibiyyətini 2.9% dəqiqliklə proqnozlaşdırıb. Nəticədə üçüncü oyunda insanlardan ibarət komanda 35-ci dəqiqədə süni zəkaya qalib gələ bilib. Bundan əlavə olaraq əsas oyundan əvvəl hər bir iştirakçıya ayrıca OpenAI ilə oynamaq imkanı da verilib. Bu halda da hər bir oyun nəticəsi olaraq süni zəka qalib gəlib.

    Paylaş
    Bənzər xəbərlər