main-post-cover

    Opera şirkəti gamerlər üçün olan Opera GX adlı brauzeri təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    12.06.2019
    Farid Pardashunas
        Opera şirkəti gamerlər üçün nəzərdə tutulmuş Opera GX adlı yeni brauzeri təqdim edib. Həmin brauzer hələki beta versiyada çalışsa da artıq Opera saytında aktivdir. Bu barədə Vc.ru saytı xəbər verib. Opera GX sayəsində istifadəçi brauzerin nə qədər RAM göstəricisi istifadə etdiyini seçə bilər.

        Bununla yanaşı bu brauzer mərkəzi prosessorun işləmə gücünü də məhdudlaşdıra bilir. Şirkət həmçinin yeni brauzerin kənar panelinə Twitch servisinin dəstəyini, səsli effektləri və brauzer temasının dəyişilməsi özəlliklərini də əlavə edib. Twitch və YouTube-dan olan videolara qovluqlar ilə tətbiqlərin fonunda ortaya çıxan pəncərələrdə baxmaq mümkündür.

        Gələcəkdə Opera GX vasitəsilə oyun prosesi zamanı ortaya çıxan pəncərələr vasitəsilə də videolara baxmaq olacaq. Standart Opera brauzerində də olduğu kimi Opera GX-nın kənar panelinə Facebook, Telegram, Vkontakte, Whatsapp messencerləri ilə VPN servisi və reklam bloklayıcısı əlavə olunub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər