
OPPO 8000 mAh həcmli yeni batareyaları test edir
Elm & Texnologiya
19.02.2025
Emil
OnePlus ultra böyük həcmi smartfon batareyalarında istifadə olunan qabaqcıl silisium-karbon (SiC) texnologiyasının məşhurlaşmasına mühüm töhfə verib. Bu texnologiya OnePlus Ace 5 smartfonunda tətbiq edilir və hazırkı flaqman cihazın 6000 mAh-lıq batareyaya sahib olmasına əsas olub. Proqnozlara görə ilin sonuna qədər smartfon batareyalarının tutumu 7000 mAh-a çata bilər. Gələcək modellərdə isə bu göstəricinin 7500 mAh-a qədər yüksəlməsi mümkündür.
Bu, SiC texnologiyasının inkişafı ilə əlaqələndirilir. Bununla belə, Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, OPPO artıq bu həddi aşaraq öz yeni batareya prototipini uğurla hazırlayıb. Məlumatlara görə, yeni batareyanın tutumu əhəmiyyətli dərəcədə artırılıb və bu, içərisindəki silisium miqdarının 15%-ə yüksəldilməsi sayəsində mümkün olub. Müqayisə üçün, OnePlus Ace 5 modelində bu göstərici cəmi 6% təşkil edir.

Bu uğur OEM istehsalçısının növbəti nəsil cihazını təqdim etməsinə yol aça bilər. Məsələn, Find X8 Pro və ya Ultra modelinin davamçısı şirkətin ilk 8000 mAh-lıq batareyaya malik smartfonu ola bilər. Batareyanın böyük həcmli olmasına baxmayaraq, Find X9 və ya X10 seriyasının flaqman modelləri hələ də X8 Pro-da olduğu kimi 80 vatt gücündə SuperVOOC sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Mənbə: Digital Chat Station
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
