main-post-cover

    OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj texnologiyasını təqdim edib

    Elm & Texnologiya
    25.02.2021
    Farid Pardashunas
        Keçən ayın sonunda Xiaomi Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyalarını təqdim etmişdilər. Həmin texnologiyalar smartfonu şarj stansiyasının üzərinə qoymadan şarj etmək imkanını verirlər. İndi isə bu cür texnologiyanı MWC Shanghai 2021 sərgisi çərçivəsində OPPO şirkəti təqdim edib. OPPO-nun təqdim etdiyi texnologiya Wireless Air Charging adlanır. Texnologiyanın sərgilənməsində keçən ilin sonunda təqdim edilmiş OPPO X 2021 smartfonu iştirak edib. Videodan da görmək olar ki, sözügedən texnologiya smartfona enerjini müəyyən məsafədən ötürür.
        Dəqiq rəqəmlər qeyd edilməsə də smartfon şarj stansiyasından 10 sm hündürlükdə olub. Başqa sözlə desək, smartfonu əldə tutan zaman şarj tansiyası enerjini ona rahatlıqla ötürə bilir. OPPO bildirib ki, şarj cihazının gücü 7.5 vatt təşkil edir. Qeyd etmək lazımdır ki, Xiaomi və Motorola şirkətlərinin uzaq məsafədən ötürülən şarj texnologiyaları daha maraqlı görünürlər. Məsələn Xiaomi-nin Mi Air Charge adlı texnologiyası cihazı bir neçə metr məsafədən şarj edə bilir. Motorola-nın texnologiyası isə bu prosesi 80-100 sm məsafədən reallaşdırır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər