Logo
    main-post-cover

    OPPO öz yeni flaqman smart saatını təqidm etməyə hazırlaşır

        Son zamanlarda olmuş məlumat sızıntılarından sonra OPPO şirkəti öz yeni flaqman smart saatının tizer materiallarını paylaşmağa başlayıb. Söhbət, OPPO Watch 4 Pro-dan gedir. Şirkət tərəfindən təqdim edilmiş rəsmi tizer materiallara əsasən OPPO Watch 4 Pro smart saatı Snapdragon 5W Gen 1BES 2700 prosessorlarına sahib olacaq. Birinci prosessor smart saatın performansından, ikinci prosessor isə Low-Power Mode rejimindən cavabdeh olacaq. Üstəlik smart saat özündə Always-on-Display funksiyalı LTPO ekranı birləşdirəcək. Son məlumat sızıntılarına əsasən OPPO Watch 4 Pro eSIM dəstəyinə sahib olacaq və 570 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smart saatın bu ayın sonunda təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...