Logo
    main-post-cover

    OPPO Pad Air 2 planşetinin render fotoları təqdim edilib

    Elm & Texnologiya
    17.11.2023
    Emil
         Evan Blass adlı məşhur insayder 23 noyabr tarixində təqdim ediləcək OPPO Pad Air 2 planşetinin render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, sözügedən planşet xarici görünüşcə keçən ay təqdim edilmiş OnePlus Pad Go planşetinə bənzəyir. OnePlus Pad Go-nun yaşıl rəngdə gövdəyə sahib olduğu halda, OPPO Pad Air 2 tünd və açıq boz gövdə rənglərinə sahib olacaq. Çox güman ki, OPPO-nun yeni planşeti texniki göstəricilər baxımından da OnePlus Pad Go-nun kopyası olacaq. Bu halda planşet 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1720 piksel keyfiyyətli 11.35 düym LCD ekranla təchiz olunacaq, MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və 33 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş